Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
21.12.2021Dekabrın 21-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini T.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Əvəz Sevdimalıyevi vurmuşdur. Ə.Sevdimalıyev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Abşeron RPİ-də araşdırma aparılır.