Oğurluq etdiyinə görə tutulmuş Z.Milanovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
21.12.2021Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Z.Milanovun ətrafında aparılan tədbirlərlə onun bir gözəllik salonundan pul, digər gözəllik salonundan saçkəsən aparat, bir mağazadan 533 manat dəyərində geyim əşyaları, digər bir mağazadan isə 250 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.