Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

20.12.2021

Dekabrın 20-də polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

20.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Nərimanov rayonunda narkotik vasitələrin onlayn satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb 20.12.2021
  • Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində “Lexus” markalı avtomobillə Xızı rayon sakini Ş.Nəcəfov vurulmuşdur 20.12.2021
  • Binəqədi rayonu Fatmayı bağlar sahəsində “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Ö.Ələsgərov vurulmuşdur 20.12.2021
  • Bakı şəhər sakini C.Əlməmmədovdan metamfetamin və heroin götürülmüşdür 20.12.2021
  • Sabunçu rayonu ərazisində saxlanılmış Salyan rayon sakini R.Əkbərovdan metamfetamin, heroin və 2 ədəd elektron tərəzi götürülmüşdür 20.12.2021
  • Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini O.Əliyevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə birgə saxlanılmışlar 20.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 20.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 20.12.2021
  • Gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır 20.12.2021