Lökbatan qəsəbəsindəki kənd təsərrüfatı bazarında oğurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakini S.Əliyev saxlanılmışdır
19.12.2021Dekabrın 19-da saat 2 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki kənd təsərrüfatı bazarında Salyan rayon sakini Z.Nuruşova məxsus 12 yeşik nar məhsulunu oğurlamağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
10-cu Polis Bölməsinə təhvil verilən şəxsin Ağdaş rayon sakini S.Əliyev olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə onun dekabrın 17-də həmin bazarda V.Zeynalova məxsus 18 kisə xiyarı oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.