Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2021Dekabrın 17-də saat 21 radələrində Göygöl rayonunun Üçtəpə kəndi ərazisində rayon sakini Q.Qurbanov idarə etdiyi “VAZ-21013” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı yük avtomobilinə vurmuş və nəticədə hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.