Yasamal rayonu ərazisində saxlanılmış Kürdəmir rayon sakini A.Fətəliyevadan heroin, metamfetamin və elektron tərəzi götürülmüşdür
17.12.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürdəmir rayon sakini A.Fətəliyeva paytaxtın Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 98 qram heroin, 49 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.