Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

17.12.2021

Dekabrın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

 

17.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi 17.12.2021
  • Şəmkir rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Z.Seyidov saxlanılmışdır 17.12.2021
  • Sumqayıt şəhəri ərazisində bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt sakini Z.Milanov saxlanılmışdır 17.12.2021
  • Masallı rayonunun Qarğalıq kəndində yaşayan B.Ağamalıyev ov tüfəngindən açdığı atəşlə özünü yaralamışdır 17.12.2021
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən 50.000 manat pulu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 17.12.2021
  • Yasamal rayonu ərazisində saxlanılmış Kürdəmir rayon sakini A.Fətəliyevadan heroin, metamfetamin və elektron tərəzi götürülmüşdür 17.12.2021
  • Yasamal rayonunun Ə.Haqverdiyev küçəsində idarə etdiyi avtomobillə Bakı şəhər sakini A.İbrahimlini vurmuş sürücü F.Rəsulov saxlanılmışdır 17.12.2021
  • Narkotik vasitə qəbul edərək avtomobil idarə edən Salyan rayon sakini P.Əmirxanov Şəmkir rayonu ərazisində saxlanılıb 17.12.2021
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb 17.12.2021
  • İmişli şəhəri ərazisində yaşayan S.Məmmədovaya qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılmışdır 17.12.2021
  • Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində münaqişə zəminində həmyerlisi Ş.Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etmiş Pirşağı qəsəbə sakini R.Hacıyev saxlanılmışdır 17.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 17.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 17.12.2021
  • Gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır 17.12.2021