İsmayıllı rayonunun Sumağalı kəndi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Ə.Şıxıyev saxlanılmışdır
16.12.2021İsmayıllı Rayon Polis Şöbəsinə dekabrın 14-də saat 2 radələrində Sumağalı kəndi ərazisindən kənd sakini B.Səmədova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Qəbələ rayonunun Bunud kəndin ərazisində tapılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qalacıq kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Şıxıyev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.