Binəqədi rayonu Novxanı yolunda “Opel” və “Audi” markalı avtomobillər toqquşmuşdur
15.12.2021Dekabrın 15-də saat 23 radələrində Binəqədi rayonu Novxanı yolunda K.Verdiyevin idarə etdiyi “Opel” və Əbülfət Mövsümovun idarə etdiyi “Audi” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Mövsümov hadisə yerində ölmüşdür.
Binəqədi RPİ-də araşdırma aparılır.