Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunda “E-manat” ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb Onun marketdən oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə anbaan görüntülənib

14.12.2021

Dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan “E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə barədə ərazi üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu  Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Röyal Məmmədyarov saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Qobu Youtube Ogurluq

Qeyd edək ki, bu şəxs əvvəllər də paytaxt ərazisində quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi üçün saxlanılıb və məhkum edilib.

Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib. Röyal Məmmədyarovun paytaxt və Abşeron rayonu ərazisində analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına  məlumat verə bilərlər.

             

15 dekabr  2021-ci il

 

14.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Abşeron rayonunda “E-manat” ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb Onun marketdən oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə anbaan görüntülənib 14.12.2021
  • Ehtiyatsız davrandığından açılmış atəş nəticəsində qonşusu F.Məmmədova xəsarət yetirməsi ilə bağlı Cəlilabad rayonunun Günəşli kəndində yaşayan C.Allahverənovdan ov tüfəngi götürülmüşdür 14.12.2021
  • İçərisində 1200 manat pul, bankomat kartı və sənədlər olan pulqabısının oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 14.12.2021
  • Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova vətəndaşlara saxta “Covid-19” pasportu verdiyi üçün saxlanılmışdır 14.12.2021
  • Göyçay rayonunun Bığır kənd sakini E.Rəşidovdan narkotik vasitələr, odlu və soyuq silah aşkar edilərək götürülmüşdür 14.12.2021
  • Oğurluqda şübhəli bilinən Kürdəmir rayonunun Atakişili kənd sakini İ.Məlikov saxlanılmışdır 14.12.2021
  • 2 evdən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini S.Dursunov saxlanılmışdır 14.12.2021
  • Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini M.Səfərov saxlanılmışdır 14.12.2021
  • Bakı şəhər sakini A.Babayevdən heroin, beşbarmaq və 2 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür 14.12.2021
  • Binə qəsəbə sakini İ.İsmayılov saxlanılmışdır 14.12.2021
  • Dayısı oğlu Çingiz Vəlizadəni qəsdən öldürməkdə şübhəli bilinən Ə.Əsgərov tutularaq istintaqa təhvil verilmişdir 14.12.2021
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb 14.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 14.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 14.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 14.12.2021
  • Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb 14.12.2021
  • Gün ərzində törədilmiş 47 cinayətin üstü “isti izlər”lə açılmışdır 14.12.2021