Göyçay rayonunun Bığır kənd sakini E.Rəşidovdan narkotik vasitələr, odlu və soyuq silah aşkar edilərək götürülmüşdür
14.12.2021Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bığır kənd sakini E.Rəşidov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan tiryək, 1 ədəd bıçaq, evinə baxış zamanı isə qanunsuz saxladığı “TOZ-25” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.