Narkotik vasitə qəbul etmələri müəyyən edilmiş Sumqayıt şəhər sakini A.Tapdıqov və Bakı şəhər sakini E.Binyətov 9 ay müddətinə sürücülük hüququndan məhrum edilmişlər
08.12.2021Narkotik vasitə qəbul etmələri müəyyən edilmiş Sumqayıt şəhər sakini A.Tapdıqov və Bakı şəhər sakini E.Binyətov 9 ay müddətinə sürücülük hüququndan məhrum edilmişlər
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dekabrın 5-də saat 18 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda Sumqayıt şəhər sakini A.Tapdıqovun və Bakı şəhər sakini E.Binyətovun idarə etdikləri “Shacman” markalı 2 yük avtomobili nəzarət-yoxlama qaydasında saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib edilmişdir.
Hər iki sürücü Şirvan şəhər məhkəməsinin qərarı ilə 9 ay müddətinə sürücülük hüququndan məhrum edilmişlər.