Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir

08.12.2021

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir

 

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Əldə edilən əməliyyat məlumatları əsasında keçirilən tədbirlərlə dekabrın 8-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.  

Belə ki, polis əməkdaşları tərəfindən Biləsuvar rayonunda Bəydili kənd sakini Ş.Adışovdan, Astara rayonunda Şiyəkəran kənd sakini B.Nəcəfovdan, Zərdab rayonunda Qoruqbağı kənd sakini Ş.Rəsulovdan, Ucar rayonunda Çiyni kənd sakini R.Əliyevdən, Beyləqan rayonunda İmamverdilər kənd sakini M.Abdullayevdən, Örənqala kənd sakini E.Əliyevdən, Ağdaş rayonunda Qolqəti kənd sakini P.Əyyubovdan, Hacıqabul rayonunda Rəncbər kənd sakini İ.Qəhrəmanovdan, Qəbələ rayonunda Nic qəsəbə sakinləri Q.Çələbiyevdən, R.Qiqinaridən və M.Kamanovdan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Siyəzən, Ağsu, Goranboy və Şəki rayonlarında 4 vətəndaş qanunsuz saxladıqları “İJ” markalı ov tüfənglərini könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

 Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

08.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Mağazaların birindən 1150 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bukavadze saxlanılmışdır 08.12.2021
  • Evlərin birindən 5800 manat pul oğurlamaqda şübhəli bilinən Tovuz şəhər sakinləri U.Cəfərov və X.Hüseynov saxlanılmışlar 08.12.2021
  • - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır. 08.12.2021
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Mustafayev saxlanılmışdır 08.12.2021
  • Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi 08.12.2021
  • Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 08.12.2021
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Kamranzadə müəyyən edilərək saxlanılmışdır 08.12.2021
  • Oğurluqda şübhəli bilinənlər A.Eminov və Zahir Alıyev saxlanılmışlar 08.12.2021
  • Avtomobilin 1420 manat dəyərində səsboğucusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Hüseynzadə saxlanılmışdır 08.12.2021
  • Motosiklet qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev müəyyən edilərək saxlanılmışdır 08.12.2021
  • Bakı şəhər sakini Ş.Məmmədovu aldadaraq bank hesabından 1500 manat pulu çıxarıb mənimsədiyinə görə Gəncə şəhər sakini F.Həsənov saxlanılmışdır 08.12.2021
  • Ümumilikdə 230 m tros oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakinləri S.Süleymanov, S.Qəmbərov və S.Əliyev müəyyən edilərək saxlanılmışlar 08.12.2021
  • Narkotik vasitə qəbul etmələri müəyyən edilmiş Sumqayıt şəhər sakini A.Tapdıqov və Bakı şəhər sakini E.Binyətov 9 ay müddətinə sürücülük hüququndan məhrum edilmişlər 08.12.2021
  • İdarə etdiyi avtomobillə polis əməkdaşını vuraraq xəsarət yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir 08.12.2021
  • Tovuz rayonunun İbrahimhacılı kənd sakinləri Ənvər Alırzayevi öldürməkdə, qardaşı Fərmana isə xəsarət yetirməkdə şübhəli bilinən M.Əhmədov saxlanılmışdır 08.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 08.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 08.12.2021