Oğurluqda şübhəli bilinən Masallı rayon sakinləri R.Nəcəfov və Q.Əmənov saxlanılmışlar
07.12.2021Oğurluqda şübhəli bilinən Masallı rayon sakinləri R.Nəcəfov və Q.Əmənov saxlanılmışlar
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki obyeklərin birindən 1000 manat dəyərində təmir-tikinti aləti, samovar, məişət əşyası və 105 kiloqram metal oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Nəcəfov və Q.Əmənov saxlanılmışlar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.