Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Vəliyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır
07.12.2021Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dekabrın 7-də 5-ci mikrorayon ərazisindən şəhər sakini V.Əliyevə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini R.Vəliyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.