DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində Z.Hacıyevanı və N.Talıbovu qətlə yetirmiş şəxslərdən biri saxlanılmış, digərinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir

06.03.2020

Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilmiş meyitlərinin tapılmaları barədə DİN-in “102” Zəng Mərkəzinə məlumatlar daxil olmuşdur.     

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində  qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı tərəfindən  törədilməsi müəyyən edilmişdir.  

S.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılmışdır.