DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisindəki 2 mağazadan oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar

21.12.2018

Binəqədi RPİ 5-ci və 6-cı PB-lərin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 1-də və 10-da rayon ərazisindəki 2 mağazadan 500 manat pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov və Bakı şəhər sakini Sərdar Pənahov saxlanılmışlar.

S.Pənahovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 8-də daha bir mağazadan 248 manat pul oğurlaması müəyyən edilmişdir.

21.12.2018 tarixinə olan kriminal məlumatlar