DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən A.Ağayev saxlanılmışdır

21.12.2018

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-dekabr ayları ərzində şəhər ərazisindəki gözəllik salonundan 60 manat pul, hazırlıq kursundan televizor və kompyuter, 2 avtomobildən 60 manat pul, tütün məmulatı, bankomat kartı və audiodisklər, 2 evdən 4 ev quşu və su mühərriki, şəhər sakini olan 1 nəfərin mobil telefonunu, daha bir nəfərin isə çantasından  pul və sənədlərini və iaşə obyeklərindən birindən elektrik avtomat qoruyucusunu oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər CM-nin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Ağami Ağayev saxlanılmışdır.

21.12.2018 tarixinə olan kriminal məlumatlar