Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
01.06.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 31-də və iyunun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 4 tapança, 1 qumbaraatan, 2 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 10 patron darağı və 96 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.