Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binə qəsəbə sakini Ceyhun Məhərrəmov tutulmuşdur

13.01.2009

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbə sakini Ceyhun Məhərrəmov "Qaradağ-Sement" ASC-nin əmtəə nişanından qanunsuz istifadə edərək üzərində 50 kq. yazıldığı halda içərisində 42 kiloqram olan sementi istehlakçılara satarkən tutulmuşdur. C.Məhərrəmova məxsus mağazaya və sexə baxış zamanı sement doldurmaq üçün avadanlıq, 6 ton xammal, 336 ədəd kustar üsulla doldurulmuş sement və boş kisələr aşkar edilərək götürülmüşdür.