Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən Tehran Ağamuradov uçurumdan yıxılmış və aldığı xəsarətdən hadisə yerində ölmüşdür
05.01.2009Yanvarın 5-nə keçən gecə Qusar rayonunun Xuray kənd sakini, Fövqəladə Hallar Nazirliyinin Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən Tehran Ağamuradov kəndin ərazisindəki uçurumdan yıxılmış və aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Araşdırmalar aprarılır.