Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi mühasib işləyən Səfər Həziyev barəsində dələduzluq faktı ilə cinayət işi başlanmışdır

29.12.2008

Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində qeydiyyatda olmuş, Neapol küçəsində yaşamış Sadiq Səfərovun 16 iyun 2005-ci il tarixdə vəfat etməsinə baxmayaraq DSMF-nin Xətai rayon şöbəsində təqaüdçülər siyahısından çıxarılmamış və onun adına olan Beynəlxalq Bankın plastik kartına 2005-ci ilin iyun ayından cari ilin dekabr ayına qədər 5202 manat 58 qəpik pul köçürülmüş, həmin vəsaitin 2012 manatı cari ilin oktyabrın 28-nə qədər qüvvədə olmuş plastik kartla çıxarılmışdır.
Cari ilin oktyabrın 28-də DSMF-nin Xətai şöbəsi tərəfindən S.Səfərovun adına yeni kart alınaraq cari ilin noyabr ayının 5-də, bankomatdan əlavə olaraq 1800 manat pul vəsaiti dələduzluq yolu ilə çıxarılmışdır.
Plastik kart və onun pinkodu 10 may 1967-ci ildə Ağdam rayonunun Göytəpə kəndində anadan olmuş, Bakı şəhəri Xətai rayonunda yaşayan, DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi mühasib işləyən Səfər Həziyevdən götürülmüşdür.

Faktla əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanmışdır.