Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

26.12.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamil Hüseynovdan 2,577 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Şahbaz Əliyevdən 1,2 qram tiryək götürmüşlər.

Balakən RPŞ və Balakən rayon Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sarıbulaq kənd sakini, əvvəllər məhkum olunmuş Nəriman Bazarovun evinə baxış zamanı 250 qram qurudulmuş çətənə kolu aşkar edilərək götürülmüşdür.
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  rayon sakini, əvvəllər məhkum olunmuş Xaliq Yusifovun evinə baxış zamanı 200 qram qurudulmuş çətənə kolu aşkar edilərək götürülmüşdür.