Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 30 cinayət faktı qeydə alınmışdır
14.03.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 30 cinayət faktı qeydə alınmışdır ki, onların da 25-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 1 nəfər yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır. Bu yanğınlar zamanı insan tələfatı olmamışdır.