Salyan rayon sakini Ruzigar Ağalarova məxsus daş üzlüyü sexinin gözətçi otağında yanğın baş vermişdir
20.12.2008 Dekabrın 19-da saat 20.45 radələrində Salyan rayonunda, rayon sakini Ruzigar Ağalarova məxsus daş üzlüyü sexinin gözətçi otağında yanğın baş vermişdir. Nəticədə bütövlükdə otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra orada 40-45 yaşlı yanmış kişi meyiti tapılmışdır. Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Aleksandr Fyodorov olması və orada yaşayan həmyerlisi Aleksandr Vasyanoviçə qonaq gəlməsi müəyyən edilmişdir.