Biləsuvar rayonunun Təzəkənd kənd sakini İman Nəsibova məxsus evdə yanğın baş vermişdir
20.12.2008 Dekabrın 19-da saat 22.00 radələrində Biləsuvar rayonunun Təzəkənd kəndində, kənd sakini İman Nəsibova məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə 108 kvm. sahədə 2 otağın yanar konstruksiyaları və oradakı əşyaları yanmış, yanıq xəsarəti almış İ.Nəsibova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Araşdırmalar aparılır.