Novxanı bağlar sahəsində Şərqiyyə Axundovanı qətlə yetirmiş şəxslər tutulmuşlar
18.12.2008 Saat 11.00 radələrində Binəqədi rayonu Novxanı bağlar sahəsində, orada yaşayan Şərqiyyə Axundovanın başına selofan torba salınma yolu ilə qətlə yetirilmiş meyiti tapılmışdır. Araşdırmalar zamanı evdən 600 dollar, 10 rubl, 15 manat və qızıl əşyalarının oğurlanması müəyyən edilmişdir. Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi, Binəqədi RPİ və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Beyləqan rayon sakini Elnur Məmmədov və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elgün Bayramov tutulmuşlar.