Ağdam rayon sakini Aşur Nəsirov naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir
17.12.2008 Saat 16.30 radələrində Binəqədi rayonu Fatmai bağlar sahəsindəki "Muğan" pansionatının yaxınlığında naməlum şəxslər "A-Lizinq" ATSC-nə məxsus "Azsamand" markalı avtomaşının sürücüsü, Ağdam rayon sakini Aşur Nəsirovu bıçaqla qətlə yetirib, cəmiyyətə məxsus avtomaşında hadisə yerindən getmişlər. Avtomaşın saat 21.30 radələrində Biləcəri qəsəbəsi ərazisində tapılmışdır. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.