Hacıqabul rayonunun Rəncbər kənd sakini Eynulla Əliyevə məxsus evdə yanğın baş vermişdir
15.12.2008 Saat 16.20 radələrində Hacıqabul rayonunun Rəncbər kənd sakini Eynulla Əliyevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış E.Əliyevin 4 aylıq oğlu Murad isə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.