Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Qobustan rayonu Nərimankənd kəndi ərazisində yol-qəza hadisəsi

12.11.2005

Saat 11.00 radələrində, Bakı-Qazax yolunun Qobustan rayonu Nərimankənd kəndi ərazisində, Qobustan rayon sakini Habil Ərzumanovun idarə etdiyi "VAZ-2106" markalı və Şamaxı rayon sakini Ələddin Babayevin idarə etdiyi "Mazda" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinlər, Qobustan rayon sakinləri İmran, Fəliyyət, Kənan və Sənan Niyazovlar, Böyükxanım Əhlimanova, Xanım Niyazova, Şamaxı rayon sakinləri Cəmilə Musayeva, kainat Musayev, Yaqub Xəlilov və Rəşadət Orucov xəstəxanaya yerləşdirilmişlər. S.Niyazov orada ölmüş, B.Əhlimanova və K.Niyazovun vəziyyətləri ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır.