Oğurluq etmiş Lənkəran şəhər sakini Nazim Fərəcov, Culfa rayon sakini Ənvər Məmmədov və Lənkəran şəhər sakini Fəxrəddin Kərimov tutulmuşdur
09.12.2008Dekabrın 9-da Binəqədi qəsəbə sakini Namiq Əhmədovun evindən pəncərədən girmək yolu ilə ev əşyaları oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Lənkəran şəhər sakini Nazim Fərəcov və Culfa rayon sakini Ənvər Məmmədov tutulmuşlar.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 30-da Firdovsi Ağakişiyevin icarəyə götürdüyü mağazadan oğurluq etmiş Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Kərimov tutulmuşdur.