Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Xumar Alyarova Moskva şəhərində tutulmuşdur
09.12.2008 Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olan Xumar Alyarova Moskva şəhərində tutulmuşdur. Onun respublikamıza ekstradisiya olunması üçün tədbirlər görülür.