Ağdam rayon sakinləri Cəmilə Şükürovanı, onun qazı Arzunu qətlə yetrimiş Cəfər Mirzəyev tutulmuşdur
06.12.2008 Noyabrın 22-də Bərdə rayonunun Alaçadırlı kəndində məskunlaşmış Ağdam rayon sakinləri Cəmilə Şükürovanın küt alətlə, onun qazı Arzunun isə boğulma yolu ilə qətlə yetirilmiş meyitləri evlərində tapılmışdır. DİN Baş Cinayət-Axtarış İdarəsi və Bərdə RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Yeni Daşkənd kənd sakini Cəfər Mirzəyev tutulmuşdur.