DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonunun Aşağı Quşçu kəndində yol-nəqliyyat hadisəsi

06.12.2008

Saat 04.00 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndində Bakı şəhər sakinləri Vüqar Madərovun idarə etdiyi "Mercedes" markalı və Atabəy Babayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış V.Madərov və sərnişinləri, həmyerliləri Firdovsi Ağayev və Mehman Əliyarov xəstəxanaya yerləşdirilmişlər. Tovuz RPŞ tərəfindən araşdırmalar aparılır.