Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisindəki Topçubaşov küçəsində fəaliyyət göstərən "QEF" MMC-nin ofisində soyğunçuluq hadisəsi

05.12.2008

Dekabrın 6-da saat 04.30 radələrində, əllərində tapançaya bənzər əşya olan və üzlərini parça ilə bağlamış  3 naməlum şəxs Nəsimi rayonu ərazisindəki Topçubaşov küçəsində fəaliyyət göstərən "QEF" MMC-nin pəncərəsindəki dəmir barmaqlıqları aralayaraq oraya daxil olmuş, ofisin mühafizəçisi Asim Qafarovun əl-ayağını bağlayaraq içərisində 500 manat olan dəmir mücrünü, 1 ədəd qızıl suvenir əşyanı və 1 ədəd mobil telefonu aparmışlar.    

Nəsim Rayon Polis İdarəsində cinayət işi qaldırılaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilir.