Nəsimi rayonu ərazisindəki Topçubaşov küçəsində fəaliyyət göstərən "QEF" MMC-nin ofisində soyğunçuluq hadisəsi
05.12.2008Dekabrın 6-da saat 04.30 radələrində, əllərində tapançaya bənzər əşya olan və üzlərini parça ilə bağlamış 3 naməlum şəxs Nəsimi rayonu ərazisindəki Topçubaşov küçəsində fəaliyyət göstərən "QEF" MMC-nin pəncərəsindəki dəmir barmaqlıqları aralayaraq oraya daxil olmuş, ofisin mühafizəçisi Asim Qafarovun əl-ayağını bağlayaraq içərisində 500 manat olan dəmir mücrünü, 1 ədəd qızıl suvenir əşyanı və 1 ədəd mobil telefonu aparmışlar.