DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İmişli rayonunun ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2008

Saat 23.30 radələrində İmişli rayonunun ərazisində,  Ələsgər Bəşirovun idarə etdiyi "VAZ-2107" markalı və Malik Həsənovun idarə etdiyi "KAMAZ-53212" markalı avtomaşınlar toqquşmuşlar.  Nəticədə Ə.Bəşirovun sərnişini Cəbrayıl rayon sakini Elnur Hümbətalıyev hadisə yerində ölmüş, xəsarət almış Ə.Bəşirov və digər sərnişinləri xəstəxanaya yerləşdirilmişlər.  İmişli RPŞ tərəfindən araşdırmalar aparılır.