Bakı şəhər sakini Zərifə Şəriyevaya bıçaqla xəsarət yetirmiş Salyan rayon sakini Qismət Ağayev tutulmuşdur
05.12.2008 Dekabrın 5-də saat 00.30 radələrində Binəqədi rayonu Xutor qəsəbəsindəki "Yeganə" şadlıq evinin qarşısında Salyan rayon sakini Qismət Ağayev münaqişə zəminində Bakı şəhər sakini Zərifə Şəriyevaya bıçaqla xəsarət yetirmişdir. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.Ağayev tutulmuşdur.