Tərtər rayonunun Səhlabad kənd sakini Vahid Məmmədovu qətlə yetirmiş arvadı Rəfiqə Məmmədova tutulmuşdur
04.12.2008 Noyabrın 28-də Tərtər rayonunun Səhlabad kənd sakini Vahid Məmmədovun kəsici alətlə qətlə yetirilmiş meyiti evində tapılmışdır. Faktla əlaqədar DİN Baş Cinayət-Axtarış İdarəsi və Tərtər RPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı onun ailə münaqişəsi zəminində arvadı Rəfiqə tərəfindən balta ilə öldürülməsi müəyyən edilmişdir. Rəfiqə Məmmədova tutulmuşdur.