Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 28 cinayət faktı qeydə alınmışdır

03.12.2008

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınmışdır ki, onların da 12-si "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.     
  •  1 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  •  Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.