Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 25 cinayət faktı qeydə alınmışdır

01.12.2008

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 25 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 3 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır. 
  • 2 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  •  Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.