Şəmkir rayonunun Muxtariyyat kənd sakini, ruhi xəstə Asif Qasımov ehtiyatsızlığı nəticəsində yaşadığı evi yandırmışdır
01.12.2008 Saat 15.30 radələrində Şəmkir rayonunun Muxtariyyat kənd sakini, ruhi xəstə Asif Qasımov ehtiyatsızlığı nəticəsində yaşadığı evi yandırmışdır. Nəticədə 20 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, A.Qasımov isə tüstüdən boğulmuşdur. Araşdırmalar aparılır.