Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"Akkord" Şirkətlər Qrupuna məxsus beton zavodundan aramtur oğurlamış şəxslər saxlanılmışlar

30.11.2008

Noyabrın 29-da Siyəzən RPŞ əməkdaşları tərəfindən Zarat kəndində "MAZ" markalı avtomaşına nəzarət qaydasında baxış keçirilmiş və orada müvafiq sənədləri olmayan ümumi uzunluğu 840 metr olan armatur aşkar edilmişdir. Araşdırmalar zamanı qeyd edilən armaturların avtomaşının sürücüsü, Xızı rayon sakini Cəlaləddin Baxşıyev və onunla birgə olan həmyerliləri Aydın Səfərov və onun qardaşı Elxan tərəfindən Zarat kəndində yerləşən "Akkord" Şirkətlər Qrupuna məxsus beton zavodundan oğurlamaları  müəyyən edilmişdir.