Oğurluq və narkotik vasitələrin qanunsuz saxlanması ilə əlaqədar Kürdəmir rayon sakini Mətanət Hüseynova tutulmuşdur
30.11.2008 Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 30-da Cavadxan küçəsində yaşayan Kristina Kulişovanın mənzilindən oğurluq etməyə cəhd göstərmiş Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Mətanət Hüseynova tutulmuşdur. Onun üzərinə baxış zamanı 0,236 qram heroin və 3 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. M.Hüseynovanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində ondan götürülmüş mobil telefonlardan birinin Bakı şəhər sakini Solmaz Mehdiyevaya məxsus olması və noyabrın 30-da onun mənzilindən oğurlanması müəyyən edilmişdir.