Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

30.11.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Lənkəran şəhər sakini Əkram Mehdiyevdən 7 qram marixuana, Nizami (Gəncə) RPŞ əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Cəfərovdan 1,065 qram heroin, Masallı RPŞ əməkdaşları Cəlilabad rayon sakini Mirismayıl Quliyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşına baxış zamanı 1,36 qram heroin götürmüşlər.