Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq etməkdə təqsirləndirilən Bakı şəhər sakinləri Asif Xəlilov, Tamilla Eyyubova və ehbarə Niftullayeva barəsində araşdırma aparılır

29.11.2008

Cari ilin mart ayında Bakı şəhər sakini Asif Xəlilov həmyerlisi Rəhbər Bayramovun etimadını qazanaraq torpaq sahəsi satacağı adı ilə ondan 5000 dollar almışdır. Xətai RPİ 37-ci PB tərəfindən araşdırmalar aparılır.
Cari ilin avqustun 27-də Xətai rayonundakı Gəncə prospektində yaşayan Tamilla Eyyubova Bakı şəhər sakini Faiq Vəliyevin etimadını qazanaraq ev satacağı adı ilə ondan 25000 dollar almışdır. Xətai RPİ 35-ci PB tərəfindən araşdırmalar aparılır.
Cari ilin aprelin 19-da Xətai rayonundakı Telnov küçəsində yaşayan Mehbarə Niftullayeva Bakı şəhər sakini İlyas İmanovun etimadını qazanaraq işə düzəldəcəyi adı ilə ondan 5200 dollar almışdır. Xətai RPİ 34-cü PB tərəfindən araşdırmalar aparılır.