Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əzizbəyov rayonu Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

29.11.2008

Saat 16.00 radələrində Əzizbəyov rayonu Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Gülməmməd Xudaverdiyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu işıq dirəyinə vurmuşdur. Nəticədə xəsarət almış G.Xudaverdiyev və sərnişini, İran vətəndaşı Lətif Xanməmmədli xəstəxanaya yerləşdirilmişdir. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır.