Aeroport şossesində yol-nəqliyyat hadisəsi
27.11.2008 Saat 05.50 radələrində Aeroport şossesində Sabirabad rayon sakini Rəşad Xəlilov "Azsamand" markalı avtomaşını idarə edərkən onu maneəyə vuraraq aşırmışdır. Nəticədə R.Xəlilov hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.