Anasını qətlə yetirmiş Lənkəran rayon sakini Səməd Cəbiyev tutulmuşdur
27.11.2008 Noyabrın 26-da Lənkəran şəhərinin Darquba kəndində, kənd sakini Səməd Cəbiyev sərxoş halda atası Məmmədin evində olarkən ailə münaqişəsi zəminində anası Şahnisəni döymüş və küt alətlə baş nahiyəsindən vuraraq qətlə yetirmişdir. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səməd Cəbiyev tutulmuşdur.