Abşeron rayonu Saray qəsəbəsi ərazisində Habil Novruzovu qətlə yetirmiş Sumqayıt şəhər sakinləri Kamil Fərəcov və onun qaynı Nicat Paşayev tutulmuşlar
26.11.2008 Noyabrın 23-də Abşeron rayonu Saray qəsəbəsi ərazisində Habil Novruzovun əlləri yapışqanlı kağızla bağlanmış, burnunun və qabırğalarının sümükləri sınmış vəziyyətdə olan meyiti tapılmışdır. DİN Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktla əlaqədar noyabrın 26-da Sumqayıt şəhər sakinləri Kamil Fərəcov və onun qaynı Nicat Paşayev şübhəli şəxs qismində saxlanılmış və Abşeron RPŞ-yə gətirilmişlər. İlkin dindirmə zamanı onlar H.Novruzova qarşı törətdikləri qətl hadisəsini etiraf etmişlər.